10:16 Oxunub: 199

Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?

Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?


Gürcüstanda yaşayan tannmış azərbaycanlı ictimai xadim, fəal, jurnalist və sosioloq Samirə Bayramova dünən – avqustun 19-da öz “Facebook” səhifəsində Ermənistanın Gürcüstandakı səfirinin fəaliyyətinə dair fotolar paylaşaraq onun haqqında xoş fikirlər ifadə edib.

Moderator.az xəbər verir ki, işğalçı ölkə mediasının yazdığına görə, söhbət Ermənistanıın Gürcüstandakı səfirliyi tərəfindən paylaşılmış və erməni səfir Ruben Sadoyanın Gürcüstanla sərhəddəki Sadaxlı keçid məntəqəsini ziyarətini təsvir edən kadrlardan gedir. R.Sadoyan nəzarət məntəqəsinin müdiri ilə bir gün öncə meydana gəlmiş uzun avtomobil tıxacının səbəblərini müzakirə edib.

Soydaşımız Samirə Bayramova isə Azərbaycan dilində belə yazıb:

“Tanış olun, bu, Ermənistanın Gürcüstandakı səfiridir. Gecə-gündüz yatmayan, vəzifəsini yerinə yetirən bu səfirə gerçəkdən həsəd aparıram. Haradasa hər hansı bir problem yaransa, o, dərhal ora gedir və həmin məsələni həll edİr. Əslində məmur belə də olmalıdır.Ə.

Mənim satqın olduğumu, satıldığımı, mənim damarlarımda Azərbaycan qanı əvəzinə, başqa bir qan axdığını və buna bənzər daha nələr söyləyə bilərsiniz. Amma bu, gerçəklikdir, bu- həqiqətdir...”

Samira Bayramova Gürcüstanın Marneuli bölgəsində doğulub. O, fəal şəkildə ictimai və jurnalist fəaliyyəti ilə məşğul olur. S. Bayramova “Marneuli FM” radiosunun aparıçısıdır.

Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi...

Tanınmış azərbaycanlı jurnalist erməni səfiri təriflədi... -Hansı səbəbdən?
XƏBƏR LENTİ