15:36 Oxunub: 219

Bakıda gəlin qayınanasının qızılını oğurladı

Bakıda gəlin qayınanasının qızılını oğurladı

Bakıda mənzildən 6 min manatlıq qızıl-zinət əşyası oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.


Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.
XƏBƏR LENTİ