11:34 Oxunub: 244

Bakıda lombarda saxta qızıl verdilər

Bakıda lombarda saxta qızıl verdilər
İyunun 17-də saat 15 radələrində Xətai rayonu ərazisindəki lombardların birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olmuşdur.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal həmin ünvana gəlmiş polis əməkdaşları tərəfindən lombarda saxta qızıl verən şəxsin 1300 manat pul alaraq qaçdığı müəyyən edilmişdir.

Polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanılaraq 36-cı Polis Bölməsinə təhvil verilmişdir.

Onun Bakı şəhər sakini E.Mustafayev olduğu müəyyən edilmişdir.

Araşdırma aparılır.
XƏBƏR LENTİ