11:19 Oxunub: 247

Çində güclü yanğın: Çox sayda ölü var

Çində güclü yanğın: Çox sayda ölü var

Çinin Ninhay əyalətindəki fabrikdə güclü yanğın olub.

Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər həyatını itirib. 3 nəfər xəsarət alıb. 8 işçi öz səyi nəticəsində xilas ola bilib.

Şahidlərin sözlərinə görə, alov sürətlə yayıldığından müdaxilə etmək mümkün olmayıb. Əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını ala bilib. Hadisənin səbəbləri araşdırılır.
XƏBƏR LENTİ