11:26 Oxunub: 192

Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada

Satılmayan mallar supermarketlər tərəfindən pulsuz paylanacaq - Polşada

Polşa seymi superrmarketlərin üzərinə satılmayan mallarını sosial ehtiyacı olanlara pulsuz vermək öhdəliyi qoyub, - bu barədə Rzeczpospolita məlumat verir.

Ticarət şəbəkələri bu qanuna riayət etməsəlr hər küçəyə atılan malın bir kiloqramı üçün cərimə ödəməli olacaqlar.

İlk iki ildə qəbul edilən qanun ancaq iri ticarət şəbəkələri və ərazisi 400 kvadrat metrdən çox olan mağazalara tətbiq olunacaq. Daha sonra normativ akt xirda ticarət məntəqələrinə də şamil ediləcək.

Hakimiyyət mağazalara mallarını təhvil vermək üçün onlara lazım olan xeyriyyəcilik təşkilatlarını könüllü müəyyənləşdirmək imkanı verib.

Polşada hər il 9 tonn ərzaq məhsulları küçəyə atılır. Bununla yanaşı 2 milyonadək adam yoxsulluqdan əziyyət çəkir.

Bəs görəsən Azərbaycanda bu üsuldan istifadə etmək olmazmı?
XƏBƏR LENTİ