15:55 Oxunub: 266

Ticarət mərkəzi TƏXLİYƏ OLUNUB

Ticarət mərkəzi TƏXLİYƏ OLUNUB

Gürcüstanın paytaxtı Tbilisidə Dadiani küçəsində yerləşən "Karvasla" ticarət mərkəzinin əməkdaşları və vətəndaşlar təxliyə olunub.

"Report" bildirir ki, mərkəzə partlayıcı qurğunun qoyulması barədə məlumat daxil olub.

Ticarət mərkəzinə istehkamçılar və polis əməkdaşları cəlb olunub.

Mərkəzdə partlayıcı qurğunun olması barədə məlumat hələ təsdiqini tapmasa da, təhlükəsizlik tədbirləri gücləndirilib.
XƏBƏR LENTİ