17:20 Oxunub: 230

“Mən “ölürəm” - Zülfiyyə Xanbabayeva

“Mən “ölürəm” - Zülfiyyə Xanbabayeva



“Heç vaxt təqdimat etməmişəm. Yalnız böyük layihələrin sponsorları olanda onlar təqdimatların keçirilməsini tələb edirlər. Hətta konsertdən əvvəl mətbuat konfransı belə keçirməmişəm. Çalışıram ki, hər zaman özümü “sığortalayım". Birdən dediyimi edə bilmərəm. Durub belə edəcəm, elə edəcəm demək mənlik deyil. Belə məsələləri jurnalistlərin öhdəsinə buraxıram”.


Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva “Qafqazinfoya”a açıqlamasında deyib.

“Jara” festivalında ifa etdiyi “Oxu” mahnısına klip çəkdirdiyini bildirən Xanbabayeva işlərindən danışıb. O, təqdimat etməməsinin səbəbini açıqlayıb:

"Əslində, kliplərimizi media təqdim edir. Amma sizin fikirləriniz də həm bizim, həm də tamaşaçılar üçün vacib və önəmlidir. Tamaşaçılara təqdim etdiyimizi siz jurnalistlər öz fikirlərinizlə pis və ya yaxşı istiqamətdə çatdırmalısınız. Çox istəyərdim, klipi yayımlayanda, siz də fikirlərinizi yazasınız".

Sənətçi konsert verməməsi barədə iradlara da münasibət bildirib:

“Yanımda olanların hamısı məndən konsert tələb edir. Səbəbləri çox açıqlamaq istəmirəm. Hətta yaxınlarım, dost-tanışlarım “konsertin günlərini müəyyən edib, sənin xəbərin olmadan afişalara çıxardacağıq” söyləyirlər. Bir sözlə, onlar məni məcbur etmək istəyirlər. Amma hələ hazır deyiləm. Açığı, bu, maliyyə məsələləri və sponsorlarla da bağlı deyil. Yorulmamışam, əksinə, arada çəkilmişdim. İndi yeni layihələr təqdim etməyə hazırlaşıram. Konsert çox məsuliyyətli işdir, hesabatdır. Müğənnilər var ki, konsert öncəsi həyəcanlanmırlar, mən isə “ölürəm”.
XƏBƏR LENTİ