09:35 Oxunub: 223

Xalq artistinin evindən oğurluq edən xadiməyə - Cəza

Xalq artistinin evindən oğurluq edən xadiməyə - Cəza

Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azerbaycaninsesi.com.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Əntiqə Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Əntiqə Şirinova 2013-cü ildən 2018-ci ilədək Zülfiyyə Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib.

O, evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.
XƏBƏR LENTİ