13:40 Oxunub: 233

Hamilə qadını boğmaq istədilər - Azərbaycanda dəhşətli hadisə

Hamilə qadını boğmaq istədilər - Azərbaycanda dəhşətli hadisə

Səhiyyə Nazirliyi Qaxın Turaclı kəndində özünə xəsarət yetirdiyi bildirilən hamilə qadınla bağlı məlumat yayıb.

Nazirlikdən Anews.az-a daxil olan məlumata görə, xəstə Mərkəzi Xəstəxanaya daxil olan zaman başının müxtəlif nahiyələrində travmalar, boğazda boğulma izləri olub. Qeyd edilir ki, qadının huşu özündə olmayıb.

Müayinə zamanı onun 2 aylıq hamilə olduğu müəyyən edilib. Lazımi tibbi yardım göstərildikdən sonra xəstənin huşu qayıdıb. Hazırda reanimasiya şöbəsindədir, vəziyyəti orta-ağır stabil qiymətləndirilir.

Xatırladaq ki, bundan öncə yayılan xəbərdə A.V.-nın özünü öldürmək məqsədilə bədəninin müxtəlif nahiyələrini yaraladığı deyilirdi.
Məlumata görə, o, ailə daxilində yaranan münaqişə nəticəsində bu vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ