12:59 Oxunub: 261

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bu həftə bərpa olunacaq

Bakı-Novorossiysk kəməri ilə neftin nəqli bu həftə bərpa olunacaq

SOCAR bu həftə Bakı-Novorossiysk kəməri ilə neftin nəqlini bərpa edəcək.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, kəmərlə neftin nəqli hələ bərpa olunmayıb, lakin bu həftə şirkət nəql prosesinə start verəcək.

Qeyd edək ki, SOCAR Bakı-Novorossiysk istiqaməti üzrə neftin nəqlini bu ilin mart ayında dayandırıb, bu da kəmərdə planlaşdırılmış təmir və nəzarət işlərinin aparılması ilə əlaqədardır.

Ötən il SOCAR Bakı-Novorossiysk boru kəməri ilə təxminən 1,3 mln. ton neft nəql edib. 2017-ci ildə bu göstərici 1,5 mln. ton təşkil edib. Bundan öncə bildirildi ki, 2019-cu ildə Bakı-Novorossiysk boru kəmərinin 1,5 mln. ton neft ixrac etməsi planlaşdırılır.

Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1,147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometrdir.
XƏBƏR LENTİ