13:33 Oxunub: 236

TAP qaz kəmərinin tikintisinin 88%-i tamamlanıb

TAP qaz kəmərinin tikintisinin 88%-i tamamlanıb

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 88,2%-i yekunlaşıb.

TAP konsorsiumundan verilən məlumata əsasən, bu, mayın axırına olan göstəricidir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.//Apa.az
XƏBƏR LENTİ