24 sen 10:51 Oxunub: 22

Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

Bu gün “Qarabağ”ın rəqibi bilinəcək

Bu gün UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibi bilinəcək.

Belə ki, bu gün həmin turnirdə III təsnifat mərhələsinə yekun vurulacaq.

Ağdam klubu “Leqiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Görüş Polşanın paytaxtı Varşavada keçiriləcək.

Qeyd edək ki, “Qarabağ” cütün qalibindən asılı olmayaraq, pley-off matçını səfərdə oynayacaq. Pley-off qarşılaşması oktyabrın 1-də səfərdə olacaq.
XƏBƏR LENTİ