13:28 Oxunub: 203

"8 Martda qadını təbrik etmək mənə çatmır" - İzzət

"8 Martda qadını təbrik etmək mənə çatmır" - İzzət

"8 Mart bayramım çox ağır oldu. Elə bil bir kamaz yük daşımışam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Ona qalsa" verilişində qonaq olarkən deyib. Sənətçi 8 Martda xanımları təbrik etməyi xoşlamadığını bildirib:

"8 Mart bayramında qadını təbrik etmək mənə çatmır. İlin 12 ayı oturub gözləməlisən ki, 8 Mart gəlsin, qadını təbrik edəsən? Hədiyyə vermək üçün özəl gün olmamalıdır. Ürəyindən hədiyyə almaq keçirsə, gedib alıb gətirirsən ki, al.

Xanım gözləməlidir ki, 8 Mart gəlsin məni təbrik edəcəklər? Şam yeməyi, hədiyyə almaq hər gün, hər həftə ola bilər. Harasa getmək, oturmaq, gəzmək özəl gün gözləməmilidir. Sevgililər gününü isə heç qəbul etmirəm".
XƏBƏR LENTİ