16:20 Oxunub: 225

Britaniya ordusunda maliyyə BÖHRANI

Britaniya ordusunda maliyyə BÖHRANI

Böyük Britaniya ordusunda büdcə kəsirinin çox olmasına görə bəzi hərbi xidmətlər dayandırılacaq.

Anadolu agentliyi xəbər verir ki, London bəzi uçuşları, dəstək üçün əlavə gəmilərin göndərilməsini və hərbi təlimləri təxirə salacaq. Məlumata görə, gələn ilin hərbi büdcəsi üçün təqribən 1 milyard funt sterlinq kəsir var.

Kəsirin yaranmasına “F-35” təyyarələrinin alınması və yeni nüvə sualtı qayıqlarının istifadəyə verilməsi səbəb olub.

Qeyd edək ki, sentyabr ayında Müdafiə Nazirliyi əlavə 3,3 milyard funt sterlinq tələb etsə də, hökumət 2,2 milyard funt sterlinq vəsait ayırıb.
XƏBƏR LENTİ