19:57 Oxunub: 205

Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA


Şoyqudan Laçın dəhlizi və Xankəndi ilə bağlı AÇIQLAMA

Rus sülhməramlıları Qarabağda sülhü qorumaq üçün hər şeyi edir.

Bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nümayəndələri ilə qarşılıqlı əlaqə qurulub.

Nazirin qeyd etdiyi kimi, sülhməramlı kontingentin münaqişə zonasına gətirilməsi bölgədəki vəziyyəti normallaşdırmağa imkan verib:

"İmzalanmış üçtərəfli atəşkəs bəyanatının şərtlərinə hörmət edilir. Qeyd etmək istərdim ki, hərbçilərimiz peşəkarcasına hərəkət edir və bölgədə sülhün qorunması üçün hər şeyi edirlər".
XƏBƏR LENTİ