17:50 Oxunub: 229

Putin Həbibi Kremlə çağırdı

Putin Həbibi Kremlə çağırdı

Rusiya Prezidenti Vladimir Putin yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədovu Kremlə dəvət edib.

Bu barədə ESPN jurnalisti Brett Okamoto öz Tvitter mikrobloqunda rusiyalı döyüşçünün meneceri Rizvan Məhəmmədova istinad edərək məlumat yayıb.

Xatırladaq ki, Əbu-Dabi şəhərində UFC 254 turnirində amerikalı Castin Qətciyə qalib gələn Həbib Nurməhəmmədov yüngül çəki dərəcəsində UFC çempionu titulunu qoruyub.

Bu, Həbib üçün atası və məşqçisi Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk və son döyüş idi. Belə ki, Həbib artıq karyerasını başa vurduğunu açıqlayıb.

O, peşəkar səviyyədə 29 döyüşdə 29 qələbə qazanıb.
XƏBƏR LENTİ