18:16 Oxunub: 226

Ərdoğan: “Qarabağ işğaldan azad olunana qədər bu mübarizə davam edəcək”

Ərdoğan: “Qarabağ işğaldan azad olunana qədər bu mübarizə davam edəcək”

Türkiyənin Konya Şəhər Xəstəxanasının açılışında danışan Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanın cəbhədə uğurla irəliləməsindən, Azərbaycan ordusunun bir çox əraziləri işğaldan azad etməsindən danışıb.

“Haber Global” məlumat verir ki, o, Türkiyənin Azərbaycana güclü dəstək verdiyini bir daha vurğulayıb:

“Qarabağ problemi həll olunmadan Ermənistan yenidən hücuma keçdi, lakin bu dəfə gözlənilməz bir nəticə ilə qarşılaşdı. Qardaş Azərbaycan işğala məruz qalan Qarabağı xilas etmək üçün böyük bir hərəkata başladı.

İndiyə qədər uğurla irəliləyən Azərbaycan ordusu bir çox yeri işğaldan xilas etdi. Biz bütün imkanlarımız və qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik. Bu mübarizə Qarabağ işğaldan azad olunana qədər davam edəcək”.
XƏBƏR LENTİ