13:38 Oxunub: 211

Builki buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq - RƏSMİ

Builki buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq - RƏSMİ


Yay aylarında keçirilən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar üçün tam orta təhsil bazası üzrə sentyabrın 10-da keçirilən buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq.

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 10-da keçirilən bu imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Buna görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər builki qəbul kampaniyasında deyil, gələnilki qəbul perosesində iştirak edə biləcəklər”.
XƏBƏR LENTİ