10:25 Oxunub: 488

Millimizin rəqibinə texniki qələbə verilə bilər

Millimizin rəqibinə texniki qələbə verilə bilər
Bu gün 21 yaşadək futbol millimiz (U-21) Avropa çempionatının seçmə mərhələsində Fransadan olan yaşıdları ilə qarşılaşacaq.

Məşhur “Lequipe” nəşri xəbər verir ki, Fransa U-21-nə texniki qələbə verilə bilər.

Söhbət Fransa U-21-nin üç gün əvvəl səfərdə Gürcüstan üzərində qazandığı qələbədən (2:0) gedir. Belə ki, gürcülər meydana adı heyətdə olmayan oyunçu daxil edib. Bu səbəbdən də Fransaya 3:0 hesablı texniki qələbə verilə bilər. Hazırda UEFA bu məsələyə baxır.

Qeyd edək ki, həmin görüşün 26-cı dəqiqəsində “Arsenal”ın sabiq, “Lion”un indiki futbolçusu Jef-Ren Adelaid sağ ayaq əzələsindən zədələnərək sıradan çıxıb. 22 yaşlı yarımmüdafiəçinin tibbi baxışdan sonra bu gün saat 21:00-da Sumqayıtda başlayacaq Azərbaycanla oyunda çıxış etməyəcəyi dəqiqləşib.
XƏBƏR LENTİ