11:06 Oxunub: 432

Sabunçuda qardaşlardan narkotik götürüldü

Sabunçuda qardaşlardan narkotik götürüldü
Bakıda iki qardaşda narkotik vasitə aşkarlanıb.

Report-un xəbərinə görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1983-cü il təvvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 234-cü (qanunsuz narkotik) maddələri ilə məhkum olunmuş Murad Quliyevdən 0,565 qram heroin, onun qardaşı 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tərlan Quliyevdən isə 0,710 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ