15:54 Oxunub: 533

Binəli Yıldırım koronavirusa yoluxduğunu açıqladı

Binəli Yıldırım koronavirusa yoluxduğunu açıqladı

AKP-nin İzmir millət vəkili və Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım sosial şəbəkə hesabında koronavirusa yoluxduğunu açıqlayıb.

Bu barədə “Milliyet” yazıb.

“Bu səhər Semiha xanımla birlikdə Ankara Şəhər Xəstəxanasına müraciət etdik. Aparılan yoxlamalar nəticəsində COVID-19 testimizin nəticəsi müsbət çıxdı. Vəziyyətimiz yaxşıdır. Həkimlərimiz evdə qalmağımızı uyğun gördülər”, - deyə B.Yıldırım bildirib.
XƏBƏR LENTİ