18:15 Oxunub: 508

Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.“Qafqazinfo” xəbər verir ki, yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.

Qeyd edək ki, “danışılmış oyunlarda” iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.
XƏBƏR LENTİ