12:54 Oxunub: 567

Müsavat partiyasının qərargahından oğurluq edən saxlanıldı

Müsavat partiyasının qərargahından oğurluq edən saxlanıldı

Müsavat partiyasının qərargahından 2500 manat dəyərində iki ədəd kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunan, 1994-cü il təvəllüdlü Toğrul Babayev saxlanılıb. Oğurlanan əmlak maddi sübut kimi aşkar olunaraq götürülüb.

Cinayət əməlində şübhəli bilinən digər şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ