09:13 Oxunub: 339

Sumqayıtda mağazada yanğın

Sumqayıtda mağazada yanğın



Sumqayıt şəhərində ümumi sahəsi 35 kvadrat metr olan mağazanın sanitar otağında hava təmizləyici qurğu və su sayğacı yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki, yüksək temperaturdan lambirindən ibarət tavan bir kvadrat metr sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.
XƏBƏR LENTİ