11:05 Oxunub: 268

Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edib

Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edib


Nazir səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirəcək

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Səfər çərçivəsində Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu, XİN başçısı olaraq C.Bayramovun ilk xarici səfəridir.
XƏBƏR LENTİ