12:20 Oxunub: 204

Braziliyada koronavirusa rekord sayda yoluxma

Braziliyada koronavirusa rekord sayda yoluxma

Braziliyada koronavirusa rekord yoluxma qeydə alınıb.

RBC ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saatda ölkədə 67 860 nəfər virusa yoluxub.

Bu göstərici pandemiya başlanandan bəri ölkədə müşahidə olunan ən yüksək rəqəmdir. Bundan əvvəlki rekord 19 iyunda qeyd edilmişdi, o zaman 54 771 nəfərdə koronavirus aşkarlanmışdı.

Ən çox yoluxma qeydə alınan (16 777 nəfər) San-Paulo ştatatı xəstəliyin episentridir. Burada son bir həftə ərzində 6 600 insan testdən keçib.
XƏBƏR LENTİ