11:35 Oxunub: 278

“Azərbaycan dərhal Qarabağa girməli, öz torpaqlarını geri almalıdır…” – TÜRKİYƏLİ MİLLƏT VƏKİLİ


“Azərbaycan dərhal Qarabağa girməli, öz torpaqlarını geri almalıdır…” – TÜRKİYƏLİ MİLLƏT VƏKİLİ


Türkiyə parlamentinin hakim AKP-dən olan və Ordu vilayətini təmsil edən millət vəkili Metin Gündoğdu Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlər barədə “Yeni Akit” qəzetinə danışıb.

Virtualaz.org xəbər verir ki, Gündoğdu Azərbaycanın öz ərazisi olan Dağlıq Qarabağı geri almaq üçün dərhal hücuma başlamalı olduğunu deyib.

“Ermənilər son hücumlarında 3 azərbaycanlı əsgərimizi şəhid etdi. Ermənistan bəzi dövlətlərin əlaltısı kimi çıxış edərək bölgədə qeyri-sabitlik yaratmağa çalışır. Azərbaycanın bir an öncə öz torpaqı olan Dağlıq Qarabağ bölgəsinə girməsi lazımdır. Çünki 3 əsgərimizi şəhid edən Ermənistan bu işin böyüməsini istəyir. İllərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarını artıq onlardan geri almağın zamanı gəlib.

Türkiyə hər zaman Azərbaycanın arxasındadır”,-Metin Gündoğdu deyib.

XƏBƏR LENTİ