17:17 Oxunub: 412

Daha bir TV-nin 8 əməkdaşında koronavirus aşkarlandı

Daha bir TV-nin 8 əməkdaşında koronavirus aşkarlandı




COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində CBC telekanalının baş direktoru Vüqar Xəlilovun təşəbbüsü ilə CBC TV-nin əməkdaşları planlı surətdə klinikaların birində koronavirusa dair test analizi veriblər. Şirkətin 200-dək əməkdaşı arasında yalnız 8 nəfərdə testin cavabı pozitiv olub.

Mediabiz.az-ın məlumatına görə, bu barədə CBC TV-nin açıqlamasında bildirilib.

Məlumatda qeyd edilib ki, həmin əməkdaşların hamısının vəziyyəti qənaətbəxşdir və onlar koronavirusla mübarizə tədbirlərinə dair bütün müvafiq təlimatlara uyğun olaraq evə göndəriliblər: "CBC TV rəhbərliyi həmin şəxslərin vəziyyətini daim nəzarətdə saxlayacaq.
Şirkətin baş direktoru Vüqar Xəlilovun da analiz nəticəsi neqativdir və o, iş başındadır. CBC TV-nin digər əməkdaşları da fəaliyyətini davam etdirir. Telekanalın yayımında heç bir dəyişiklik yoxdur.
Profilaktik tədbir kimi telekanal əməkdaşlarının gələn həftə yenidən COVID-19-a qarşı test analizi verməsi planlaşdırılıb".
XƏBƏR LENTİ