14:28 Oxunub: 242

Karantinə riayət etməyən 1500-dən çox sürücü cəzalandı - RƏSMİ

Karantinə riayət etməyən 1500-dən çox sürücü cəzalandı - RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsi karantinlə əlaqədar görülmüş işlərlə bağlı məlumat yayıb.
İdarədən verilən xəbərə görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş karantin rejiminin pozulmasına görə, ötən gün ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1440 nəfər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimələnib.
Eyni zamanda, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin məcəllənin 211.2-ci maddəsi ilə 132 nəfər olmaqla ümumilikdə 1572 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
XƏBƏR LENTİ