11:19 Oxunub: 506

Rusiyada Azərbaycan əsilli şoumen koronavirusa yoluxdu

Rusiyada Azərbaycan əsilli şoumen koronavirusa yoluxdu


Rusiyada yaşayıb fəaliyyət göstərən Azərbaycan əsilli şoumen, teleaparıcı Tahir Məmmədov koronavirusa yoluxub.

MK xəbər verir ki, artist analizlərinin cavabını sosial şəbəkədə paylaşaraq, bu barədə özü məlumat verib:

“Xəstələnmək heç də xoş deyil! Özünüzü qoruyun!”

T.Məmmədov onda koronavirusun hər hansı simptomunun olub-olmadığını qeyd etməyib.

İzləyiciləri ulduza tezliklə sağalmağı arzulayıblar və onun immunitetini gücləndirərək, xəstəliyə qalib gəlməsini diləyiblər.

Qeyd edək ki, Tahir Namiq oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. O, kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser, teleaparıcı, şoumen və yumor ustasıdır. N.Məmmədov “Comedy Club”un keçmiş prezidentidir.
XƏBƏR LENTİ