13:20 Oxunub: 263

Təhsil naziri məzunları təbrik etdi: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi məyus edir”

Təhsil naziri məzunları təbrik etdi: “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi məyus edir”


“Bilirik ki, bu günü səbirsizliklə gözləyirdiniz. Etiraf edim ki, sizin üçün unudulmaz olan “Son zəng”i arzuladığımız kimi keçirə bilməməyimiz bizi də məyus edir”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu il orta məktəbi bitirən məzunları “Son Zəng” münasibətilə təbrik edərkən bildirib.

Nazir qeyd edib ki, bu günü qeyd etməməyin səbəbi bütün dünyanı cənginə alan pandemiyanın gətirdiyi yeni reallıqlardır:

“Sizin sağlamlığınız bizim üçün ən önəmli məsələdir. Bu tədris ilinin ikinci yarımilindən şagirdlərimiz dogma məktəblərindən, müəllimlərindən ayrı düşüblər. Bizim müəllimlərimizin yorulmaz fəaliyyəti nəticəsində bu ayrılıq bir o qədər də hiss olunmadı”.
XƏBƏR LENTİ