11:51 Oxunub: 219

Əfqanıstanda dəhşətli terror – 11 polis həlak oldu

Əfqanıstanda dəhşətli terror – 11 polis həlak oldu

Hurriyyet.org xəbər verir ki, Əfqanıstanın şimal-şərqindəki Bədəxşan vilayətinin Xaş rayonunun Durhan məntəsəqində həyata keçirilən terror aktı nəticəsində 11 nəfər polis həlak olub. Rəsmi açıqlamada yol kənarına yerləşdirilmiş bombanın polislərin ərazidən keçdikləri zaman işə salındığı bildirilir.

Bədəxşan Vilayəti Polis İdarəsinin mətbuat nümayəndəsi Sanaullah Ruhani, mətbuata açıqlamasında terror aktının Taliban təşkilatı tərəfindən həyata keçirildiyini bildirib.

Taliban partlayışla bağlı açıqlama verməyib.
XƏBƏR LENTİ