13:41 Oxunub: 191
Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra isə…
Bakının Binəqədi rayonunda yaşayan ər-arvad soyğunçuluğun qurbanı olub.
Azerbaycaninsesi.com.az oxu.az-a istinadən xəbər verir ki, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.
Onlar yatmış ər-arvada hücum edərək, 1994- cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını “skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyərək, evdən 2700 manat oğurlayıb qaçıblar.
Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.
15:06