10:08 Oxunub: 195

Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər... - VİDEO

Sumqayıtda iki avtobus toqquşub, 14 nəfər... - VİDEO

Sumqayıtda iki marşrut avtobusu toqquşub.

Səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. İlkin tibbi yardım göstərilən 12 nəfər evə buraxılıb, 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır. //APA

XƏBƏR LENTİ