15:38 Oxunub: 211

Metrodan kimlər istifadə edə biləcək?

Metrodan kimlər istifadə edə biləcək?


Metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, "icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə veriləcək.

Azerbaycaninsesi.com.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Sərnişinlərin metro stansiyası ərazisində, eləcə də qatarlarda qoruyucu maskalardan istifadəsi və sosial məsafəni gözləməsi mütləqdir.


Qeyd edık ki, Bakı Metropoliteni 9 may 2020-ci il saat 06.00-dan etibarən fəaliyyətini bərpa edəcək.
XƏBƏR LENTİ