13:16 Oxunub: 199

Məşhur klubun 38 əməkdaşında koronavirus aşkarlandı

Məşhur klubun 38 əməkdaşında koronavirus aşkarlandı

Braziliyanın "Flamenqo" futbol klubununda 38 nəfər yeni növ koronavirusa yoluxub.

Sondakika.com xəbər verir ki, bu barədə klub açıqlama yayıb. Klubun futbolçular və işçiləri olmaqla 293 nəfərə koronavirus testi edilib. Koronavirus təsbit edilən 38 nəfərdən üçünün futbolçu olduğu qeyd edilib və adları çəkilməyib.

Testi pozitiv çıxan şəxslərdə heç bir koronavirus əlaməti görülmədiyi vurğulanıb.

Qeyd edək ki, yaxın gümlərdə klubda 68 yaşlı şəxs koronavirusdan həyatını itirmişdi.
XƏBƏR LENTİ