11:18 Oxunub: 231

Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi

Abşeronda kişi arvadını amansızlıqla qətlə yetirdi

Baş Prokurorluq Abşeronda arvadını öldürən kişinin tutulması ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin araşdırmalarla aprelin 29-da, saat 21 radələrində 1991-ci il təvəllüdlü Anar Bəkirovun Qobu qəsəbəsində yaşadıqları evdə qısqanclıq zəminində 1993-cü il təvəllüdlü həyat yoldaşı Leyla Bəkirovaya bıçaqla xəsarətlər yetirərək, qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.


Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Bəkirov cinayət əməlinin törədilməsində şübhəli bilinərək tutulub.

K.Zeynalov, həmçinin, qeyd edib ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ