11:30 Oxunub: 226

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru Əlişir Musayev vəfat edib.

Redaktor.az-ın xəbərinə görə, Ə. Musayev 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlişir Veys oğlu Musayev 1949-cu ildə Gürcüstan Respublikasının Başkeçid rayonunun Qızılkilsə kəndində anadan olub.

Ə. Musayev ATU-nun fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, t.e.d., professor, Rusiya Tibb Elmləri Akademiyasının fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 3 cü dərəcəli "Əmək” ordeni ilə təltif olunub. //APA

Allah rəhmət eləsin!

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
XƏBƏR LENTİ