18:13 Oxunub: 208

Müəllimlərə güzəşt ediləcək

Müəllimlərə güzəşt ediləcək

Ceyhun Bayramov: “50 mindən çox müəllim “Virtual məktəb” layihəsində iştirak edir və onların internetlə təminatında problem olmamalıdır”



“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müarciət etmişik. Bundan başqa, bir neçə internet provayderlərlə də söhbət aparılıb. İneternet vasitəsilə dəsr keçən müəllimlərə güzəştlər olmalıdır”.



AYNA xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu günkü brifinqdə belə deyib. Onun sözlərinə görə, həm orta məktəb, həm də ali təhsil müəllimlərinə güzəştlərlə bağlı artıq “Azercell” şirkətindən də təsdiq cavabı alınıb.



“Bu gün 50 mindən çox müəllim “Virtual məktəb” layihəsində iştirak edir və onların internetlə təminatında problem olmamalıdır. Digər internet provayderlərdən də belə müsbət addımı gözləyirik”, - nazir bildirib.
XƏBƏR LENTİ