11:37 Oxunub: 200

“ASAN xidmət” işini bərpa edir - RƏSMİ

“ASAN xidmət” işini bərpa edir - RƏSMİ

“ASAN xidmət” gələn həftədən vətəndaşlara öncədən növbə götürməklə xidmət edəcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşlara əvvəlcədən növbə almaq üçün iki imkan yaradılıb:


“ASAN xidmət” mobil tətbiqi yaradılııb. Vətəndaşlar o mobil tətbiqi telefonlara yükləməklə onlayn növbə götürə bilir və “ASAN”-a gəlməklə bir dəqiqə də gözləmədən işlərini həll edib gedə bilər.

Digər imkanı qurumun rəsmi saytı vasitəsilə əldə etmək olar. Sonuncu imkan 108 Çağrı mərkəzidir. Vətəndaş zəng etməklə onlayn növbə götürə biləcək”.

Ü.Mehdiyev qeyd edib ki, qabaqcadan növbə götürməyən vətəndaş mərkəzə buraxılmayacaq.
XƏBƏR LENTİ