12:43 Oxunub: 189

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi

Ali Məhkəmə İlqar Məmmədova bəraət verdi
Ali Məhkəmənin bu gün keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədova bəraət verilib.

İ. Məmmədovun vəkili Fuad Ağayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Plenumun qərarına əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə 234 min manat kompensasiya təyin edib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.
XƏBƏR LENTİ