11:32 Oxunub: 206

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb

Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb
Bakıda tibb bacısı dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Moskva prospekti ev 62, mənzil 19-da qeydə alınıb.

Həmin ünvanda yaşayan, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb bacısı işləyən, 1957-ci il təvəllüdlü Şəhla Həsənova dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
XƏBƏR LENTİ