13:40 Oxunub: 237

Belarusda futbol dayandırılacaqmı? - Nazirdən açıqlama

Belarusda futbol dayandırılacaqmı? - Nazirdən açıqlama

Belarusun idman naziri Serqey Kovalçuk bildirib ki, koronavirus pandemiyasına görə futbol üzrə yerli çempionatını dayandırmağa ehtiyac yoxdur.

Qol.az xəbər verir ki, o, yerli telekanala müsahibəsində ölkədə durumu izlədiklərini söyləyib:

“Səhiyyə Nazirliyinin verdiyi tövsiyələri dəqiqliklə yerinə yetiririk və onlarla sıx əlaqədəyik. Azarkeşlərin stadiona girişindən çıxdığı ana qədər kompleks tədbirlər görülür”.

Nazir etiraf edib ki, stadiona gəlib oyun izləyənlərin sayı azalıb: “Azalma 70 faizdir. Gələnlər isə təhlükəsizlik qaydalarına əməl edirlər. Tribunada şaxmatdakı kimidir. Əgər ölkədə koronavirusla bağlı vəziyyət pisləşsə, o zaman çempionatın dayandırılması ilə bağlı sərt tədbirlər görüləcək. Bu gün isə liqanı dayandırmağa ehtiyac yoxdur. Futbol maraqlıdır və insanlar ona baxmağı sevir”.

Xatırladaq ki, koronavirus yayılandan sonra Belarus Avropada yerli çempionatı dayandırmayan yeganə ölkədir.
XƏBƏR LENTİ