12:25 Oxunub: 209

Koronavirusla bağlı indiyə olan rəqəmlər - Video

Koronavirusla bağlı indiyə olan rəqəmlər - Video
Koronavirusa yoluxanların sayı 2 milyona yaxınlaşır.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən dünyanın 210 ölkəsində 1 925 384 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 500 minə çatsa da, ölənlərin sayı 110 mini ötüb.
Azərbaycanda isə 847 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 25-nin vəziyyəti ağır, 30-nun orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 12 nəfər virus səbəbindən həyatını itirib, 289 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 526 min aktiv xəstə var. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 20 mini ötüb. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə indiyə kimi 170 min yoluxma halı qeydə alınıb. Almaniyada 130 mindən çox yoluxma faktı olsa da, ölüm sayı digər ölkələrə nisbətən xeyli aşağıdır: 3194 ölüm. Həmçinin, ölkədə virusdan sağalanların sayı da yüksək sürətlə artır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 61 min olub. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından iki dəfə çoxdur. Ölkədə 46 min sağalmış, 22 min aktiv xəstə var.
“Qafqazinfo” qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.

Sözügedən videoçarxı təqdim edirik:

XƏBƏR LENTİ