16:06 Oxunub: 162

Sabah bu ərazilərdə elektrik enerjisinin verilməsində fasilə olacaq

Sabah bu ərazilərdə elektrik enerjisinin verilməsində fasilə olacaq


Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilə olacaq.

“Azərişıq” ASC-nin Mətbuat Xidmətindən verilən məlumata görə, bu, Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən 110/35/10 kv-luq “Qobu Yarımstansiyası”ndan qidalanan 10 kv-luq “Qobu-1” və 10 kv-luq “Nübar-1” hava elektrik verilişi xətlərində aparılan yenidənqurma və cari təmir işləri ilə əlaqədardır. 

Bildirilir ki, Qobu qəsəbəsi və Nübar yaşayış massivinin bəzi ərazilərində aprelin 14-ü saat 11.30-dan 16.00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
XƏBƏR LENTİ