12:28 Oxunub: 208

Çinlilər koronavirusdan necə sağalırlar... - İLGİNC İDDİA

Çinlilər koronavirusdan necə sağalırlar... - İLGİNC İDDİA

Hal-hazırda sürətlə Çində və dünyada yayılmışdır. Bu qəfil və ölümcül xəstəliyin müalicəsi üçün heç bir xüsusi antivirus dərmanı və ya peyvənd mövcud deyildir. Xəstənin simptomlarını yaxşılaşdırmaq üçün dəstəkləyici müalicənin aparılmasında yeganə seçim qeyri-ənənəvi müalicə müalicə metodlarıdır. Bu ənənəvi müalicə metodlarından ən əsası, Çində SARS-CoV-2 yoluxmuş xəstələrin 85% -dən çoxunda Ənənəvi Çin Təbabəti (ƏÇT) tətbiq edilmişdir. Rəsmi rəqəmlərə istinadən Çində Corona-19 virusuna tutulmuş şəxslərin bəzi mənbələrdə qeyd olunur ki, 90 %-da bəzilərində isə 85 %-da müalicə prosesini sürətləndirmək, orqanizmin imun sistemini gücləndirmək məqsədilə akupunktur müalicə üsulu tətbiq olunur. Bir çox elm insanları bu məsələyə şübhə ilə yanaşmalarına baxmayaraq, prezident Xi Jinping tərəfindən qeyri-ənənəvi çin müalicə metodunun tətbiqi dəstəklənmişdir.

Ənənəvi Çin Təbabəti (ƏÇT) yüz illərdir epidemik xəstəliklərin qarşısını almaq və onların insan orqanizmində yaratdığı təsirləri yüngülləşdirmək məqsədilə istifadə olunur. ƏÇT və Qərbin dərmanla müalicə üsullarının kombinasiyası bədən temperaturunu azalda bilir; yüngül COVID-19-a (Coronavirus xəstəliyi-19) yoluxmuş xəstələrin öskürək, yorğunluq, ishal və digər əlamətlərini yüngülləşdirə bilmək üstünlüyünə də sahibdir. Orta və ağır sindromların müalicəsi üçün kompleks yanaşma ağciyər eksudasiyasını azalda bilər və xəstəliyin daha da inkişaf etməsinə mane olur. Akupunktur üsulla müalicə aparan zaman infeksiya yaranma riskidə yaranır ki, bunun carəsi də lazer akupunktur üsulundan istifadədir. Akupunktur terapiyada başqa xəstələrdə “Qigong (nəfəs, bədən və ağıl arasındakı möhtəşəm tarazlıq)” müalicəsi də aparılır.

Akupuntur müalicə üsulu bir daha özünun üstünlüyünü Çin sərhədlərini aşaraq dünyaya isbat etdi.

Qadir QAFAROV
dia.az
XƏBƏR LENTİ