12:41 Oxunub: 208

SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

SOCAR benzin qıtlığı ilə bağlı məlumat yaydı - RƏSMİ

Yanacaq qıtlığı ilə bağlı əhali arasında yayılan şayələr əsassızdır, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti məlumat yayıb.

"Azərbaycanda yanacağın satışı ilə bağlı heç bir məhdudiyyət qoyulmayıb. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu öz fəaliyyətini normal rejimdə davam etdirir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin olunub. Bütün istehlak edilən yanacaq növləri əhaliyə sərbəst şəkildə satılır. Bu istiqamətdə narahatlıq üçün heç bir əsas yoxdur", - deyə bəyanatda bildirilir.

SOCAR həmçinin vətəndaşlarımızı təşviş yaradan şayiələrə yox, yalnız rəsmi məlumatlara inanmağa çağırır.
XƏBƏR LENTİ