12:35 Oxunub: 186

9 minə yaxın abonentin qaz təchziatı dayandırldı - SƏBƏB

9 minə yaxın abonentin qaz təchziatı dayandırldı - SƏBƏB

Bu gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisi adlanan yerdə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volva” markalı yük avtomobili ilə qəza törədilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, həmin avtomobilin vurduğu diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb. Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri kimi qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılıb. Ərazidə təcili bərpa işləri aparılır.
XƏBƏR LENTİ