12:12 Oxunub: 166

Həlak olan əsgərimiz bu gün dəfn olunacaq

Həlak olan əsgərimiz bu gün dəfn olunacaqHəlak olan əsgərimiz Qarayev Eltun Elman oğlu bu gün dəfn olunacaq.

Mərhum Bərdə rayonunun Qazıqurdalı kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, martın 7-də “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.
XƏBƏR LENTİ