13:40 Oxunub: 196

Təhsil Nazirliyi odun alır

Təhsil Nazirliyi odun alır

Azərbaycan Təhsil Nazirliyi odun yanacağının alınmasına 294 992,83 manat xərcləyəcək.

Mediabiz.az-ın xəbərinə görə, Təhsil Nazirliyi 26 fevral tarixində odun yanacağının satın alınmasına dair açıq tender üsulu ilə müsabiqə keçirib. Tender Komissiyasının qərarına əsasən, "Təchizat-ra" MMC "Odun yanacağının satın alınması" lotu üzrə qalib elan olunub. Şirkətlə 294 992,83 manat məbləğində müqavilə imzalanıb.APA
XƏBƏR LENTİ